CƏMİYYƏT


Nizami Səfərov: Ermənistan Cenevrə konvensiyalarının iştirakçısıdır, amma onlara əməl etmir

Müharibə cinayətlərinə görə cəza tədbirlərinin görülməsi beynəlxalq təşkilatların prioritet istiqamətlərindən biridir. Bütün bunlar 4 Cenevrə konvensiyasında nəzərdə tutulur. Amma Ermənistan bütün bunları görməzdən gəlir. Çünki bu konvensiyalar onların günahlar olduqlarını göstərir. Belə ki, Ermənistan Cenevrə Konvensiyasını pozub. Ermənistan asimmetrik müharibə aparıb. Belə ki, onlar mülki obyektlərə ziyan vurub, əsirlərə, girovlara əzab veriblər.AZƏRTAC xəbər verir ki, bu fikirləri "Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda konfransda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov söyləyib.