CƏMİYYƏT


Çingiz Əsgərov: Erməni vandalizmi ilə bağlı bütün materiallar Avropa Məhkəməsinə təqdim edilib

Azərbaycan öz haqqını beynəlxalq məhkəmələrdə də müdafiə etməlidir. 2003-cü ildən biz bu işlərlə məşğuluq. 2005-ci ildən isə erməni vandalizmi ilə bağlı bütün materiallar Avropa Məhkəməsinə təqdim edilib. Tarixdə ilk dəfə olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması əks olunub. Bu qərar 2005-ci ildə təsdiqlənib. 2021-ci il yanvarın ortalarında böyük dövlətlərarası şikayəti hazırlanıb və təqdim olunub. Bu müharibə cinayətləri Cenevrə Konvensiyası ilə tənzimlənir.AZƏRTAC xəbər verir ki, bu fikirləri “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransda Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov söyləyib.