Kiyevin strateji piyada körpüsü raket zərbəsindən zərər görüb
10.10.2022 [17:06]
Xəbərin mətni
Oktyabrın 10-u səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi hissələri raket hücumuna məruz qalıb.
AZƏRTAC xəbər verir ki, Rusiya Silahlı Qüvvələri tərəfindən atılan raketlərdən biri paytaxtın piyada körpüsü olan ”Şüşəli körpü”nün ərazisinə düşüb. Körpüyə ciddi ziyan dəyib və ora giriş-çıxış bağlanıb.