Səməd Seyidov: Azərbaycan qarşı cinayət törədən ermənilər məhkəmə qarşısına çıxarılmalıdır
10.10.2022 [20:38]
Xəbərin mətni
Bu Azərbaycana qarşı informasiya müharibəsidir. Saxta videolar, mühakimələr, səfirliklərimizə qarşı hücumlar, belə təqdimatlar Azərbaycana qarşı müharibədir.Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qurumun payız sessiyasında “Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar, xüsusilə mülki yaşayış məntəqələrinə və infrastruktura zərbələr” adlı cari məsələyə dair müzakirələrdə çıxışında söyləyib.