CƏMİYYƏT


Erməni terrorunun acısını yaşayan 4 yaşlı Nilay

Vətən müharibəsi dövründə cəbhədə ordumuzun uğurlu əməliyyatları davam etdikcə mənfur düşmən daha da azğınlaşır, həmişəki adətinə sadiq olaraq mülki əhalini hədəfə almaqdan bir an belə çəkinmirdi. Gəncə şəhəri müharibənin ilk günlərindən düşmənin bu xislətini ən acı formada görmüşdü. 2020-ci il oktyabrın 11-də gecə saatlarında baş verən növbəti raket hücumu nəticəsində dinc insanların yaşadığı bina yerlə-bir oldu, 10 mülki şəxs şəhid oldu və 40 nəfər yaralandı. Qurbanlar arasında qadınlar və uşaqlar da var idi.AZƏRTAC-ın bölgə müxbiri erməni terroru nəticəsində 2 yaşında hər iki valideynini itirən, özü isə müxtəlif bədən xəsarətləri alan Nilay Əliyeva və ana nənəsi Sevil Babazadə ilə görüşüb.