CƏMİYYƏT


Ən ucqar dağ rayonu olan Lerikdə badam əkininə maraq artır

Badamın dəniz səviyyəsindən 1600-1700 metr yüksəklikdə Lerikin Zuvand bölgəsində yetişdirilməsi ideyasının müəllifi görkəmli təbiətşünas alim, akademik Həsən Əliyev olub. Bu diyarın vurğunu olan alim Zuvandı ecazkar bir möcüzə adlandırırdı. 18-19-cu əsrlərdə fransız və alman alimlərinin də marağında olan bu ərazidə akademik Həsən Əliyevin təşəbbüsü ilə 1975-ci ildə 7 hektar badam bağı salınıb.