Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Culiya” qasırğası Mərkəzi Amerikada azı 28 nəfərin həyatına son qoyub

11.10.2022 [13:11]

Xəbərin mətni

“Culiya” qasırğası oktyabrın 9-10-da Mərkəzi Amerikada ən azı 28 nəfərin ölümünə səbəb olub.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Mərkəzi Amerika ölkələrinin yerli hakimiyyət orqanları güclü daşqınlar səbəbindən minlərlə insanı təhlükəsiz ərazilərə təxliyə edib.