CƏMİYYƏT


İlin ötən dövrü ərzində müharibə əlillərinə 120 avtomobil təqdim olunub

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən iki ilə yaxın vaxt keçir. Bu müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq biz genişmiqyaslı sosial dəstək proqramları icra edirik. Həmin proqramlar arasında ən vacibləri şəhid ailələrinin və müharibə əlillərinin mənzil və avtomobil təminatı proqramlarıdır. Bu gün müharibə əlillərinə 20 avtomobil təqdim olundu. Cari ildə isə təqdim edilən avtomobillərin sayı 120-yə bərabərdir. Postmüharibə dövründə isə ümumilikdə 284 avtomobil müharibə əlillərinə təqdim edilib. Ötən dövr ərzində isə müharibə əlilləri və onlara bərabər şəxslərə verilən avtomobillərin sayı 7500-dür.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Vətən müharibəsi əlillərinə avtomobil təqdimatı zamanı deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır