CƏMİYYƏT


Rusiyalı alimlər Ceyrançöldə elmi-tədqiqat və kəşfiyyat işləri aparıblar

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu yarandığı gündən indiyədək mütəmadi olaraq elmi-tədqiqat və arxeoloji qazıntı işləri aparılır. Buna baxmayaraq, qoruq ərazisində yerləşən daş dövrü üzrə abidələrin hələ də geniş tədqiqinə ehtiyac duyulur. Son qazıntılarda Keşikçidağ mağaralar kompleksinin yerləşdiyi Ceyrançöldə Paleolit, Aşel dövrünə aid əmək alətləri, çapacaqlar, daş məmulatları aşkarlanıb.