CƏMİYYƏT


Saatlıda pambıq tarlalarından 14820 ton məhsul yığılıb

Saatlıda pambıq yığımı davam edir, əraziyə kifayət qədər kombayn, traktor və qoşqular cəlb olunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Saatlı rayonunda pambıq məhsulunun optimal müddətdə tədarük edilməsi üçün fermerlər sahələrə səfərbər olublar. Saatlı rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari il Saatlı rayonunda fermerlər tərəfindən 12570 hektar sahədə pambıq becərilib.