DÜNYA


Türkiyədə dünyanın ən nəhəng üzən balıq zavodu tikilib

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank Yalovada adıçəkilən gəminin inşa edildiyi “Tərsan” tərsanəsində olub.
Yeni gəminin gündəlik 450 ton balığı emal etmək imkanında olduğunu xatırladan nazir Mustafa Varank bildirib ki, müasir avadanlıqlar sayəsində dörd saat ərzində istehsal edilən balıq dondurularaq göyərtədən sahilə çatdırılacaq.