CƏMİYYƏT


Türkiyə mediasının Azərbaycana informasiya dəstəyi göstərən nümayəndələrinə “Zəfər Media” medalları təqdim edilib

İstanbulda 44 günlük Vətən müharibəsinin ildönümü və “Şuşa İli”nə həsr olunan tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) tərəfindən təşkil olunan tədbirdə Vətən müharibəsi dövründə Türkiyə mediasının Azərbaycana informasiya dəstəyi göstərən nümayəndələrinə “Zəfər Media” medalları təqdim olunub.