CƏMİYYƏT


Binəqədi rayonunda ikimərtəbəli obyektdə baş vermiş yanğın söndürülüb

Paytaxtın Binəqədi rayonunun Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Hadisə ilə bağlı əlavə məlumat veriləcək.