Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fövqəladə Hallar Nazirliyi şimal rayonlarında təlimlər təşkil edib

14.10.2022 [16:21]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyi Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə Şimal Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən nazirliyin qurumlarının struktur bölmələri və yerli icra hakimiyyəti orqanlarının müvafiq qüvvələri ilə taktiki-xüsusi təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimin keçirilməsində məqsəd baş verə biləcək irihəcmli fövqəladə hallar zamanı komandir-rəis heyəti tərəfindən qüvvələrin effektiv idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi, şəxsi heyətin hadisələrə çevik reaksiyavermə və qarşılıqlı fəaliyyət üzrə bilik və bacarığının daha da artırılması olub.