SİYASƏT


Kamal Cəfərov: Ermənistan Xocalı soyqırımı və Edilli kütləvi məzarlığına görə məhkəmə qarşısında cavab verməlidir

Ermənistan Xocalıda bir gecədə erməni silahlı qüvvələri tərəfindən işgəncə ilə öldürülmüş 613 azərbaycanlı qadın, uşaq və qocaların ölümünə görə cavab verməlidir. Ermənistan Edilli kəndində aşkarlanmış erməni silahlı qüvvələri tərəfindən dəhşətli işgəncələrlə öldürülmüş azərbaycanlılara məxsus 3 kütləvi məzarlıqla bağlı məhkəmə qarşısında cavab verməlidir. Bütün bu cinayətlərlə bağlı Ermənistan təhqiqat və araşdırmaya başlayıbmı? Əlbəttə, yox.AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Kamal Cəfərov qurumun payız sessiyasının sonunda azad debatlar zamanı erməni deputatın çıxışına etiraz olaraq səsləndirib.