DÜNYA


Türkiyədə mədəndə partlayış baş verib

Türkiyənin Bartın vilayətində yerləşən daş-kömür mədənində partlayış baş verib.AZƏRTAC xəbər verir ki, hadisə Bartının Amasra rayonunda yerli vaxta 18:45-də meydana gəlib.Bölgəyə çoxlu sayda təcili yardım maşınları göndərilib.Yerin altında fəhlələrin olduğu bildirilir.Hadisə ilə bağlı açıqlama verən Bartın valisi Nurtaç Aslan partlayışın səbəblərinin hələ bəlli olmadığını deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır