CƏMİYYƏT


Ermənistanın Tərtər qəbiristanlığında mülki şəxslərə qarşı terrorundan iki il ötür

Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin əks hücumları qarşısında tab gətirməyən Ermənistan ordusu hərbi cinayətlər törədərək yaşayış məntəqələrini atəşə tutub, mülki şəxsləri hədəfə alırdı.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci il oktyabrın 15-də Ermənistan silahlı qüvvələri növbəti dəfə beynəlxalq humanitar hüquq qaydalarını pozaraq, dəfn mərasimi zamanı Tərtər şəhər qəbiristanlığını ağır artilleriya atəşinə tutub. Nəticədə vəfat etmiş yaxınlarının dəfnində iştirak edən 4 mülki şəxs həlak olub, 4 nəfər isə ciddi xəsarət alıb.