YADDAŞ: 2020-ci il 15 oktyabr. Tərtərdə dəfn zamanı qəbiristanlığa mərmi atıldı, dinc sakinlər arasında ölən və yaralananlar oldu
15.10.2022 [14:02]
Xəbərin mətni
Vətən müharibəsi: Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu ağır artilleriyadan atəşə tutub.AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, oktyabrın 15-i düşmən növbəti dəfə məqsədli şəkildə dinc sakinləri hədəfə alıb.
Ermənistan ordusu Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığı dəfn mərasimi zamanı ağır artilleriyadan atəşə tutub.