Müdafiə naziri döyüş hazırlığı üzrə məşğələləri izləyib
15.10.2022 [15:29]
Xəbərin mətni
Oktyabrın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti təlim mərkəzlərindən birində olublar.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müdafiə naziri təlim mərkəzinin yeni istifadəyə verilmiş ümumqoşun atış meydanında hərbi qulluqçuların atəş hazırlığı üzrə keçirilən məşğələlərini izləyib.