CƏMİYYƏT


Ceyraçöldə salınmış superintensiv və intensiv meyvə bağlarından bol məhsul götürülüb

Bölgələrdə müasir iri meyvəçilik təsərrüfatlarının fəaliyyətə başlaması əhalinin məşğulluğunu təmin etməklə yanaşı, regionların malik olduğu potensialdan da düzgün istifadə mexanizmlərini üzə çıxarır. Belə müasir meyvəçilik təsərrüfatlarından biri də Ağstafa rayonunun Ceyraçöl ərazisində 135 hektar sahədə salınmış superintensiv və intensiv meyvə bağlarıdır.AZƏRTAC xəbər verir ki, hazırda sahələrdən alma yığımı davam edir. 16 hektar sahəni əhatə edən bağdan hər ağacdan 15-20 kiloqram məhsul dərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır