CƏMİYYƏT


Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Ucar rayonunun Qazıqumlaq kənd yolunda qeydə alınıb. Qazıqumlaq kənd sakinləri 34 yaşlı Bəhruz Seyidovun idarə etdiyi minik maşını ilə, 39 yaşlı Anar Kərimovun idarə etdiyi digər minik avtomobili toqquşub. Nəticədə Bəhruz Seyidovun qızı, 3 yaşlı Əsmər Seyidzadə ölüb, 6 yaşlı oğlu Cahid Seyidov xəsarət alıb. Hadisə zamanı digər sürücüsü Anar Kərimov da xəsarət alıb və hər 2 yaralı Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.