CƏMİYYƏT


Zəfərə gedən yol: Xüdafərin körpüsünün azad edilməsi ilə cənub sərhədlərimizin böyük bir hissəsi bərpa edildi

Tarixi, nadir memarlıq abidəsi olan Xudafərin körpüsü 1993-cü ildə Ermənistan tərəfindən işğal edilib. Tarixə şahidlik edən bu körpü qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, mənəvi cəhətdən dövlətimiz, xalqımız, həmçinin mədəniyyətimiz üçün də önəmli bir abidə sayılır. Xudafərin körpüsü 27 il ərzində işğal altında qalsa da, xalqımız heç zaman öz dəyərlərini unutmadı. Dövlət olaraq hər zaman nəinki Xudafərinin, hətta digər ərazilərimizin də bir gün işğaldan azad olunacağına inanırdıq. Çünki ata-babalarımızın əmanəti olan torpaqlar Vətən uğrunda canından keçən şəhidlərin hesabına bizlərə ötürülüb.