CƏMİYYƏT


Tədarük məntəqələrinə indiyədək 127 min tona yaxın pambıq təhvil verilib

Respublikada pambığın mexanikləşdirilmiş üsulla kütləvi yığımı davam edir. Bu günədək sahələrdən kondisiya çəkidə 127 min tona yaxın pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib.Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məhsul yığımı prosesinə ümumilikdə 447 kombayn və 3085 traktor yedəyi cəlb olunub. Bu da məhsulun 100 faizə yaxınını texnika vasitəsilə yığmağa imkan verir.