CƏMİYYƏT


Ağdam sakini: Kəndimizin təməlqoyma mərasimini böyük sevinc və qürur hissi ilə izlədik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 4-də Ağdam rayonuna səfəri zamanı Ağdam şəhərində yaşayış məhəlləsinin, həmçinin rayonun Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərinin təməli qoyulub. Böyük Qayıdış tədbirləri çərçivəsində görülən işlər, erməni vandalizminə məruz qalmış yurd yerlərimizin müasir tələblər əsasında yenidən qurulması, layiqli həyat şəraiti ilə təmin olunan şəhər və kəndlərin salınması məcburi köçkün həmvətənlərimizdə məmnunluq və minnətdarlıq hissi doğurur.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Ağdam şəhərinin, Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərinin sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşüblər.