DÜNYA


Hindistanda helikopter qəzasında 7 nəfər ölüb

Hindistanda kiçikpərli helikopterin Himalay dağlarında qəzaya uğraması nəticəsində 1 pilot və 6 sərnişin ölüb.
AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, “Bell 407” helikopteri Uttaraxand ştatında 3 min 584 metr yüksəklikdə yerləşən Kedarnat məbədindən zəvvarları geri gətirərkən yerli vaxtla saat 11:40 radələrində qayalara çırpılıb.