Mingəçevirdə avtomobili üzərində dövlət nömrə nişanı olmadan idarə edən sürücü həbs olunub
19.10.2022 [15:04]
Xəbərin mətni
Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə şəhər ərazisində nəzarət-yoxlama tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə yolun müəyyən edilməyən hissəsindən keçərək özləri və digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükə yaradan piyadalar müəyyən olunub.