CƏMİYYƏT


Texniki Müayinə Mərkəzlərində sürücülərə hədiyyələr təqdim edilir

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərinə müraciət edən vətəndaşların məmnunluğu üçün daha bir yenilik edilib.
Belə ki, qeyd edilən mərkəzlərə avtomobilini texniki cəhətdən saz vəziyyətdə təqdim edən və il ərzində yol hərəkəti qaydalarını pozmayan nümunəvi sürücülərə Müayinə Mərkəzinin əməkdaşları tərəfindən xüsusi hədiyyələr təqdim edilir.