Türkiyədə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin adına salınan parkın açılışı olub
19.10.2022 [17:54]
Xəbərin mətni
Türkiyənin Adana vilayətinin Çukurova rayonunda Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin adını daşıyan park salınıb və burada Milli Qəhrəmanımızın heykəli ucaldılıb.AZƏRTAC xəbər verir ki, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü rəsmi şəxslərin, beynəlxalq təşkilat nümayəndələrinin, yerli ictimaiyyətin tanınmış simalarının iştirakı ilə adıçəkilən parkın açılışı olub.