RƏSMİ


Qubadlıda “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanışlıq

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonu ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olub.AZƏRTAC xəbər verir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Zaur Mikayılov dövlətimizin başçısına layihələr barədə məlumat verdi.