Tailandda daşqın təhlükəsi ilə əlaqədar xəbərdarlıq edilib
20.10.2022 [11:23]
Xəbərin mətni
Mövsüm yağışlarının davam etdiyi Tailandda daşqın təhlükəsi ilə əlaqədar xəbərdarlıq edilib.AZƏRTAC Tailand mediasına istinadla xəbər verir ki, xüsusən ölkənin cənub hissəsində, o cümlədən populyar turizm məkanı olan Puket adasında bir neçə gündür yağan şiddətli yağışlar daşqın, torpaq sürüşməsi, palçıq axınına səbəb olub. Nəticədə yollarda avtomobillərin hərəkəti üçün çətinlik yaranıb.