Azərbaycan Dövlət İnformasiya Agentliyi

İndoneziyada məscid çökdü

20.10.2022 [13:09]

İndoneziyanın paytaxtı Cakartadakı İslam Mərkəzi məscidində yanğın baş verib. Nəticədə qübbə çöküb. Yanğın şəhərin bir çox yerindən görünüb və insanlar arasında təşvişə səbəb olub. Hadisədə xəsarət alan və ya can itkisi olmayıb. İlkin araşdırmalara görə, qəza ehtiyatsızlıqdan baş verib.