Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransızlar payızda çimərliklərdə istirahət edir

20.10.2022 [15:03]

Oktyabr ayının sonu olsa da, Fransanın cənub-qərbində havalar daha çox yay fəslini xatırladır. İnsanlar çimərlikdə istirahət edir, günəşdən və dənizdən həzz alırlar. Hava haqqında verilən proqnozlara görə, qarşıdakı günlərdə temperatur 30 dərəcəyə qədər yüksələcək.