Azərbaycan Dövlət İnformasiya Agentliyi

İmişlidə şəhidlərin xatirəsinə inşa edilən fəvvarənin açılışı olub

20.10.2022 [19:49]

Xəbərin mətni

İmişli regional ədliyyə idarəsinin binası qarşısında şəhidlərin xatirəsinə inşa edilən fəvvarənin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində regional ədliyyə idarəsinin rəisi İsgəndər Orucov və yurisdiksiya üzrə yerli ədliyyə qurumlarının kollektivləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, deputat Razi Nurullayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.