DÜNYA


ABŞ-da 60-a yaxın avtomobilin iştirakı ilə ağır qəza

ABŞ-ın Oreqona ştatında magistral yolda 60-a yaxın avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. İnsident nəticəsində magistral yolda hərəkət tamamilə dayanıb. Aidiyyəti qurumların məlumatına görə, ərazidə olan güclü duman yolda görmə məsafəsini kəskin azaldıb və nəticədə qəza meydana gəlib. Hadisə nəticəsində sürücülərdən biri dünyasını dəyişib.