CƏMİYYƏT


Zəfər Forumu davam edir

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təşəbbüsü, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə keçirilən Ümumrespublika Zəfər Forumu davam edir.AZƏRTAC xəbər verir ki, forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri fəal iştirak edirlər.