CƏMİYYƏT


Son 20 gündə 37 şəxs BNMİ- nin əməkdaşları tərəfindən tutulub və 75 kq narkotik maddə aşkar edilib

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı mübarizə qətiyyətlə davam etdirilir. Yeni metod və üsullarla ölkəyə külli miqdarda narkotik vasitələr gətirən, bu qanunsuz əmələ cəhd göstərən şəxslərə qarşı informasiya texnologiyalarının da köməkliyindən istifadə olunmaqla xüsusi əməliyyat-texniki tədbir hazırlanaraq həyata keçirilib.Baş İdarənin son 20 gün ərzində paytaxt və bölgələrdə keçirdiyi əməliyyatlar zamanı onlayn və ənənəvi üsullarla narkotiklərin satışını təşkil edən 4 mütəşşəkkil dəstənin üzvü, o cümlədən 37 nəfər saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır