Giorgia Meloni İtaliyanın ilk qadın Baş naziri olub
22.10.2022 [16:55]
Xəbərin mətni
İtaliyada sağçı koalisiyanın namizədi Giorgia Meloni ölkənin ilk qadın Baş naziri olub.AZƏRTAC xəbər verir ki, oktyabrın 22-də Kuirinale Sarayında İtaliya Prezidenti Sercio Mattarellanın yeni hökuməti qurmağı tapşırdığı Giorgia Meloninin və yeni hökumətin 24 üzvünün andiçmə mərasimi keçirilib. Sağçı koalisiyanın tərəfdaşlarından olan “İrəli İtaliya” Partiyasının sədr müavini, 2017-2019-cu illərdə Avropa Parlamentinin sədri vəzifəsində çalışmış Antonio Tajani Baş nazirin müavini və xarici işlər naziri vəzifəsinə təyin edilib.