Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabirabad bazarındakı yanğın söndürülüb

23.10.2022 [13:25]

Xəbərin mətni

Sabirabad şəhəri ərazisində yerləşən bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
FHN Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğının mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, əlavə yanğından mühafizə qüvvələrinin vaxtında cəlb edilməsi, eyni zamanda yanğınsöndürənlərin peşəkar fəaliyyətləri sayəsində yanğının genişlənərək digər obyektlərə, o cümlədən bilavasitə yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsinə imkan verilməyib.