CƏMİYYƏT


Sumqayıt şəhərində polis əməkdaşları silsilə əməliyyatlar keçirib

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən silsilə əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb. Nəticədə əvvəllər məhkum olunmuş Xanlar İbayev, Teymur Məmmədov, İlham Mirzəyev və Ruqiyyə Əsgərova tutularaq isitntaqa təqdim ediliblər. Onlardan ümumilikdə 3 kiloqrama yaxın heroin və psixotrop tərkibli metadon həbləri aşkar olunub. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri sosial şəbəkələr vasitəsi ilə əlaqə yaratdıqları naməlum şəxslərdən satmaq məqsədi ilə əldə etdikləri bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır