SİYASƏT


Rəcəb Tayyib Ərdoğan: Zəngilan və Füzuli hava limanları regionun dirçəlişi və inkişafı baxımından strateji əhəmiyyət daşıyır

Oktyabrın 20-də dost və qardaş Azərbaycana səfər edərək işğaldan azad edilən ərazilərdə inşa olunan Zəngilan Beynəlxalq Hava Limanının açılışını qardaşım Prezident İlham Əliyevlə birlikdə etdik. Bildiyiniz kimi, Vətən savaşından sonra əlaqələrimizi yeni mərhələyə yüksəltdik. Münasibətlərimizin şəhadətnaməsi olan Şuşa Bəyannaməsini məclislərimizdən ildırım sürəti ilə keçirərək yeni dövrü təsdiq etdik.AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra xalqa müraciətində deyib.