CƏMİYYƏT


Zərdabda oğurluq edən Yevlax sakinləri saxlanılıb

Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində iaşə obyektlərindən, eləcə də mağazalardan oğurluqda şübhəli bilinən 4 nəfəri saxlanılıb. Belə ki, Yevlax rayon sakinləri Aidə Alxan qızı Kərimova, Züleyxa Elman qızı Mustafayeva, Samirə Paşa qızı Mustafayeva və dəfələrlə məhkumluq həyatı yaşamış Bəhruz Arif oğlu Mustafayev polis əməkdaşları tərəfindən saxlanılaraq rayon şöbəyə gətirilib. İlkin dindirmə zamanı onların hər biri cinayət əməlini etiraf ediblər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır