CƏMİYYƏT


Paytaxtın Nərimanov rayonunda növbəti həyət abadlaşdırılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yenilənən daha bir həyət oktyabrın 25-də sakinlərin istifadəsinə verilib.AZƏRTAC xəbər verir ki, yenilənmiş həyət Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 111, 11a, Əhməd Rəcəbli küçəsi 11 və 13 ünvanlarında 700 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.