DÜNYA
Hindistanda bazarda baş verən yanğın 700-dən çox dükanı külə döndərib
25.10.2022 [17:03]
Hindistanın Arunaçal Pradeş ştatında bazarda baş vermiş yanğın 700-dən çox dükanın külə dönməsinə səbəb olub.
AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, Naqarlaqun şəhərində səhər erkən saatlarda baş verən hadisə nəticəsində xəsarət alan və ölən olmasa da, maddi ziyan xeyli böyükdür. Bildirilir ki, yanğın dükanlardan birində başlasa da, yanğınsöndürənlərin hadisə yerinə xeyli gecikməsi səbəbindən 700-dən çox dükan tamam yanıb.
06.12.2023 [20:57]
06.12.2023 [10:39]
04.12.2023 [16:43]
06.12.2023 [17:15]
06.12.2023 [15:46]
05.12.2023 [23:34]
02.11.2023 [17:33]