CƏMİYYƏT


Xaçmazda yataqxanada yanğın olub

Xaçmaz Peşə liseyinin yataqxanasında yanğın baş verib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, binada yaşayan vətəndaşlar binadan təxliyə olunub.Beş mərtəbəli binanın zirzəmisində baş verən yanğın nəticəsində mənzilləri və binanın girişini tüstü basıb.Hadisə yerinə iki yanğındansöndürən maşın, Xaçmaz Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.Faktla bağlı araşdırma aparılır.