CƏMİYYƏT


“Alıcımız çoxdur, qapımıza gəlib aparırlar” – Lənkəranın feyxoa bağlarından reportaj

Cənub bölgəsinin ən böyük sitrusçuluq rayonlarından olan Lənkəranda feyxoa yığımı davam edir. Bu il məhsuldarlıq ürəkaçandır. Rusiya, digər MDB ölkələrinə göndərilən məhsul yaxşı qiymətə satılır. AZƏRTAC xəbər verir ki, feyxoa əkini əsasən Lənkəranın Hirkan, Xanbulan, Vilvan, Qurunba, Rvo və Şovu ərazi nümayəndəliklərində yayılıb. Meyvə ağaclarının məhsuldarlığı onun yaşına görədir. Məsələn, 10 yaşlı ağacdan mövsüm ərzində 15-20 kiloqram məhsul yığmaq olur.