CƏMİYYƏT


Beyləqanda şəhid Toğrul Atakişiyevin xatirəsinə inşa olunan bulaq istifadəyə verilib

Vətən müharibəsi şəhidi Atakişiyev Toğrul Ramil oğlunun xatirəsinin əbədiləşdirilməsi üçün inşa olunan bulaq kompleksi istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan şəhərində inşa olunan bulaq kompleksinin açılış mərasimində şəhidin ailəsi ilə bərabər, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə əməkdaşları, hərbçi yoldaşları, dostları, şəhid ailələri, veteran və qazilər, şəhər sakinləri iştirak ediblər.