Fahrettin Altun: Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi mücadiləsində media nümayəndələrimiz nümunəvilik göstərdilər
27.10.2022 [12:53]
Xəbərin mətni
Azərbaycan torpağı Qarabağı Ermənistanın işğalından azad etmək mücadiləsində də media nümayəndələrimiz hadisə yerlərindən real məlumatlar və görüntülər yayaraq yalan təbliğatın qarşısına keçdilər və bunun mümkünlüyünün beynəlxalq ictimaiyyətə çatdırılmasında nümunəvilik göstərdilər.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Ankarada keçirilən “Müharibə müxbirliyi və böhran bölgələrindən xəbərçilik” Forumundakı çıxışında ifadə edib.