Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daxili işlər naziri Bərdədə vətəndaş qəbulu və sıra baxışı keçirib

27.10.2022 [18:05]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 26-da və 27-də Bərdə Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.