CƏMİYYƏT


Ağdam Zəfər Forumuna ev sahibliyi edib

Zəfər Forumunun növbəti ünvanı oktyabrın 27-də Ağdam rayonu olub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Bərdə, Tərtər, Zərdab, İmişli, Laçın və Xocavənd rayonlarının təmsilçilərinin iştirakı ilə keçirilən Zəfər Forumu Ağdam Muğam Mərkəzində təşkil olunub. Forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır