SİYASƏT
Tehranda OANA İcraiyyə Şurasının 50-ci iclası keçirilib
27.10.2022 [19:03]
Xəbərin mətni
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVIII Baş Assambleyasının işi başa çatandan sonra İran paytaxtında təşkilatın İcraiyyə Şurasının 50-ci iclası keçirilib.AZƏRTAC xəbər verir ki, OANA-da sədrliyin keçdiyi IRNA agentliyi təşkilatın baş katibi vəzifəsinə Mənsur Fəlsəfini təklif edib. İcraiyyə Şurasının üzvləri bu namizədə səs veriblər.